Navalnının iki müttəfiqinə qarşı cinayət işi açıldı
Rusiya Kremlin həbsdəki tənqidçisi Aleksey Navalnının mühacirətdə olan iki müttəfiqinə qarşı “ekstremist” hesab etdiyi təşkilatlara vəsait topladığı üçün cinayət işi açıb.
İstintaq Komitəsinin avqustun 10-da verdiyi açıqlamasında cinayət işlərinin Leonid Volkov və İvan Jdanov da daxil olmaqla, digər adları açıqlanmayan şəxslər barəsində açıldığını bildirilib.
Hüquq-mühafizə orqanının məlumata görə, ittiham avqust ayında Volkov və Jdanovun “qanunsuz fəaliyyətlərini davam etdiyi və vəsait toplama təşkil etdiklərini” əks etdirən internetdə yerləşdirdikləri videodan irəli gəlib.
İttiham maksimum 8 il həbs cəzasını nəzərdə tutur.
İyun ayının əvvəllərində Moskva məhkəməsinın Navalnının siyasi şəbəkəsini “ekstremist” adlandırmasını komandası ölkədə qanunsuzluğun “yeni bir səviyyəsi” olduğunu deyib. Qrupa ianə edilməni qanunsuz edən qərar rəsmi olaraq bir neçə gün əvvəl qüvvəyə minib.
Jdanov Navalnının Korrupsiyaya Qarşı Mübarizə Vəqfinin (FBK) keçmiş direktoru olub, Volkov isə Navalnının dağılmadan əvvəl regional şəbəkəsinə rəhbərlik edib. Digər cinayətlərdə də günahlandırılan hər iki fəal hazırda xaricdə yaşayır.
“Artıq mənə qarşı açılan cinayət işlərinin sayını itirmişəm” – deyə, Jdanov avqustun 10-da İnstaqram səhifəsində yazıb.
Navalnının təşkilatlarına və müttəfiqlərinə qarşı bu kimi addımlar hakim Vahid Rusiya partiyasının sentyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində ən aşağı səviyyədə səs toplaması səbəbi ilə atılır.
Fevral ayında Moskva məhkəməsi Navalnının siyasi motivli olduğu iddia edilən mənimsəmə işindən vaxtından əvvəl azad edilmə şərtlərini pozduğuna qərar verib.
Amerikanın səsi