Taliban Əfqanıstanın 85 faizini ələ keçirib – prezident ölkəni tərk edə bilər

Əfqanıstan prezidenti Əşrəf Qani daxili siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar tezliklə sakinlərə müraciət edə və ölkəni tərk edə bilər.

 

Bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb? – APA yazıb.

 

Telekanalın müxbirinin qeyd etdiyinə görə, “Qaninin axşam saatlarında müraciət edəcəyi və hər an ölkəni tərk edə biləcəyi gözlənilir”. Məlumat Əfqanıstan rəsmiləri tərəfindən nə təsdiq, nə də inkar olunub.

 

Qeyd edək ki, ABŞ Əfqanıstanda hərbi missiyasının başa çatdığını və qoşunların çıxarılmasına başlanıldığını elan etdikdən sonra “Taliban” hərəkatının silahlıları hökumət qüvvələrinə qarşı hücuma keçib.

 

Müxtəlif mənbələrə görə, radikallar İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəd ərazilər də daxil olmaqla Əfqanıstan ərazisinin 85%-ə qədərini nəzarətdə saxlayır.

 

BMT baş katibi Antoniu Quterriş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

 

Antoniu Quterriş bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır: “Təkcə keçən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb”.

 

Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, yollar və məktəblər dağıldıb: “Bütün bunlar bu qədər əzab çəkən xalq üçün inanılmaz faciədir”.