Nərgiz Məhəmmədi aclıq aksiyasına başladı
Evin həbsxanasında saxlanılan Nobel mükafatçısı və siyasi məhbus Nərgiz Məhəmmədi noyabrın 6-ı səhər saatlarından aclıq aksiyasına başlayıb.
Siyasi məhbusun buna əl atması məcburi hicab qaydalarını pozduğu üçün tibb məntəqəsinə köçürülməməsinə icazə verilməməsilə bağlıdır.
Bildirilir ki, ürək çatışmazlığı və tənəffüs problemi xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, Məhəmmədinin müayinə və müalicəsinə icazə verilmir.
Qeyd edək ki, 21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır.
O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
Məhəmmədi son məhkumluq dövründən əvvəl də 5 il yarım məhkumluq dövrü yaşayıb.
Günaz TV