Zaxarova Azərbaycanla Ermənistan arasında insidentlərin səbəbini “tapdı”

Ermənistanla Azərbaycan arasında baş verən insidentlərin səbəbi tərəflər arasında kəskin inamsızlıqdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

 

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli bərpasının tərəfdarıdır. Təbii ki, biz bu mövqeyi həm Bakıya, həm də İrəvana çatdırırıq, o cümlədən yüksək səviyyədə. Hər iki tərəfi humanitar sahədə təxribatçı addımlara bir an əvvəl son qoymağa, məhbus mübadiləsi etməyə və mina sahələrinin xəritələrini tam olaraq paylaşmağa çağırırıq” – deyə, Zaxarova bildirib.

 

Rusiya XİN-in sözçüsü Moskvanın Ermənistanı silahlandırması ilə bağlı dövlət başçısı İlham Əliyevin iradına da cavab verib: “İstənilən ölkəyə silah satmaq Rusiyanın suveren hüququdur, biz regionda qüvvələrin balansını yaradırıq”.

 

Basta