Şuşanın kəndi Rusiya sülhməramlılarının nəzarətinə verilib
Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bura əvvəl erməni hərbçilərin nəzarətində olub: “Erməni hərbçilərinin yerini rusiyalı sülhməramlılar tutub”.
Lakin Ermənistanın Baş qərargah rəisinin müavini Edvard Asryan parlamentdə jurnalistllərə açıqlamasında iddia edib ki, erməni hərbi birləşmələri əvvəlki mövqelərində qalmaqdadır. “Sputnik Ermənistan” adını çəkmədiyi mənbəyə istinadən “Azərbaycanlıların geri çəkildiyini” və rusiyalı sülhməramlıların gəlişi ilə Sarıbabada yaşayan erməni sakinlərin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunduğunu yazıb.
Erməni separatçılarının verdiyi digər məlumata görə, hazırda Şuşa rayonunun dörd kəndi ermənilərin nəzarətindədir.
Bunların Böyük Qaladərəsi (ermənilər Mets Şen deyirlər), Kiçik Qaladərəsi (ermənilər Xin Şen deyirlər), Sarıbaba (ermənilər Yextsaoq deyirlər) və Turşsu (ermənilər Lisaqor deyirlər) olduğu bildirilir.
Basta