“Əli və Nino”nun reklamları etiraz doğurdu

“Əli və Nino” kitab mağazasının yeni reklamları narazılıq doğurub.

 

Feysbuk isyifadəçisi Vasif Sadıqlı  bu reklamlara etiraz olaraq mağazanı boykot etdiyini bildirib: “Kitab mağazasının reklamı üçün belə şəkillər çəkilməsini şiddətlə qınayıram. Nizamini yubiley ilində bayker ediblər…”

 

“Məktəb guşəsi” saytının baş redaktoru Məzahir Məmmədli də təklifi dəstəkləyib: “Mən də “Əli və Nino” –  kitab mağazasını boykot edirəm. Nigar xanım pul qazanmaq üçün başqa yol axtarsın. Dəyərlərimizə toxunmasın!”

 

Paylaşımı şərh edənlərin əksəriyyəti, bu  reklamları “biabırçılıq”, “dəyərlərin tapdalanması” kimi qiymətləndirib.

 

Yalnız bir istifadəçi “Bu şəkillər dəyərlərə toxunur?” – deyə, sual edib.

 

 

 

.
Kitab mağazasının təmsilçiləri hələlik bu yazıları şərh etməyib.
Basta