Rusiyanın FHN rəhbəri həlak oldu
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Evgeni Ziniçev həlak olub. Hadisə Norilskdə keçirilən idarələrarası təlim zamanı baş verib.
Ziniçevin 55 yaşı vardı.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti daha sonra aydınlaşdırıb ki, nazir rejissyor Aleksandr Melniki xilas edərkən ölüb. Melnik, Arktikanın inkişafı və Şimal dəniz marşrutu ilə bağlı yeni sənədli filmin çəkiliş yerini seçmək üçün Norilskə gəlib. Sıldırımın kənarında olan rejisyor qəfildən yıxılaraq suya düşüb. Onu xilas etmək üçün suya tullanan nazir daşa çarpılıb və həlak olub. Melnik də həlak olub.