Yaqub Zurufçu koronavirusdan vəfat etdi

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib.

 

“Report”un məlumatına görə, sənətçi bu gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

 

Qeyd edək ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.

 

Onun müalicəsi birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində idi.