“Teymur özünü qabağa verib, bizi qoruyurdu”
Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Teymur Abbaslının şəhid olmasından bir il ötdü.
.
Müsavatda ilk zamanlarımda xüsusən də 2011-2012 özümə ən yaxın bildiyim, bir yerdə daha çox zaman keçirdiyim, nümunə götürdüyüm insan olub Teymur. Hər tədbirdən öncə ayrıca toplanıb 3-4 nəfər tədbirin, ya aksiyanın , mitinqin daha effektli keçməsi üçün əlavə ideyalar planlaşdırardıq. Meydanlarda, həbsdə Teymur daima ətrafında olan daha gənc Müsavatçıları, sanki böyük qardaş kimi qoruyurdu. Sahəsində hamıda bir arxayınçılıq hissi, özqüvən yaranırdı. Teymur özünü daima qabağa verib bizi qoruyurdu.
.
Şəhid olduqdan sonra Teymurun döyüş yoldaşlarının, əskərlərinin onun haqda yazdıqları xatirələrini gördüm. Eyni arxayınçılıq, böyük qardaş hissi onlarda da olub. Teymur son nəfəsinidə özünü qabağa verərək, başqalarını qoruyub.
.
Ruhun şad olsun Teymur, qanın yerdə qalmasın şəhidimiz.
.
Ayxan Hacıbəyli