Gənclər YAP-ın qarşısında aksiya keçirdi
Oktyabrın 13-də NİDA və D18 Hərəkatının bir sıra gənc fəalları Yeni Azərbaycan Partiyasının qərargahının yerləşdiyi binanın qarşısında aksiya keçiriblər.
Gənc fəallar siyasi məhbusların həbsinə etiraz ediblər.
Aksiya iştirakçıları “Rədd olsun irtica!”, “Yaşasın Cümhuriyyət!” şüarları səsləndiriblər.
Hadisə yerinə gələn polis gənc fəalları saxlayaraq, polis bölmələrinə aparıb. Bu barədə saxlanılanlardan biri – Rüstəm İsmayılbəyli öz facebook səhifəsində yazıb.
DİN isə heç kimin saxlanılmadığını, sadəcə olaraq aksiya iştirakçılarının ərazidən uzaqlaşdırıldığını bildirir.
***
Ruslan İzzətli özünün feysbuk hesabında “Siyasi motivli həbslərə etiraz və Respublika Gününün dəyişdirilməsi”nə görə YAP-ın mərkəzi binası önündə D18 Hərəkatı, NİDA Vətəndaş Hərəkatı və bir sıra müstəqil fəalların təşkil etdiyi etiraz aksiyasında saxlanılan şəxslərin siyahısını dərc edib:
Elmir Abbasov,
Əhməd Məmmədli,
Rüstəm İsmayılbəyli,
Fərid İmanov,
Samir Axundzadə,
Əli Mahmudlu.
“Əgər deyirsizsə ölkədə siyasi dialoq var, o zaman insanların fərqli düşüncəsinə, etiraz haqqına normal yanaşın” – deyə, Ruslan İzzətli bildirib.
Basta