Nizaməli və Akif Süleymanovlar azadlıqda

Siyasi motivlərlə inzibati qaydada həbs edilən, sonra Məştağa qəsəbəsində yerləşən  Respublika Narkoloji Mərkəzinə məcburi müalicəyə göndərilən Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanov və onun qardaşı oğlu Akif Süleymanov 6 aylıq izolyasiyadan sonra bu gün sərbəst buraxılıblar. Bu haqda Müsavatın mətbuat xidməti məlumat verib.

 

Qeyd edək ki, aprelin 5-də Sabunçu Rayon Məhkəməsin Süleymanovların barəsində 20 sutka inzibati qaydada həbs qərarı çıxarıb. Qərada  “narkotik asılılığından məcburi müalicə” təyin edilib.  Süleymanovlar həbsdən çıxdıqdan dərhal sonra məcburi müalicəyə göndərlib. Qərar ləğv olunmasa onların 6 aydan 2 ilədək burada saxlanılacağı gözlənilir.

 

Müsavat Partiyası Nizaməli və Akif Süleymanovlara qarşı təzyiqlərin siyasi motivli olduğunu bəyan edib. Bu təzyiqlərin arxasında “müxalifətin qənimi” kimi tanınan Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətovun durduğu bildirilir.

 

Basta