Ağdamda işğaldan azad edilmiş ərazidə iki skelet tapılıb

Ağdamda erməni işğalından azad edilmiş ərazidə iki skelet – əlləri məftillə bağlanmış kişi və qadın skeleti aşkarlanıb. Baş Prokurorluğun mətbuat xidməti məlumatı təsdiqləyib.

 

İnsan qalıqları “Körpü-Bina Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətin apardığı bərpa işləri zamanı aşkar edilib.

 

Əsasən skeletlər Bərdə-Ağdam yolunun 37-ci kilometrliyində  texnikadan istifadə olunmaqla tikinti işləri zamanı tapılıb.

 

Şahidlərin sözlərinə görə, skeletlərin ətrafında kişi və qadın geyimlərinin qalıqları olub.  Çox güman ki, onları paltarda dəfn edilblər.