Zəfər Günü münasibətilə Müsavat başqanının təbriki

Müsavat Partiyasının başqanı Arif Hacılı Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Təbrikdə deyilir:

 

“Əziz həmvətənlər!

 

Sizi Şüşanın azad olunması-Zəfər Günü munasibətiilə təbrik edir, sizə can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

 

Yuxarı Qarabağın əksər ərazilərinin, həmçinin Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad olunması, tariximizin ən parlaq, ən şərəfli səhifələrindən biri, xalqımız üçün iftixar və qürur mənbəyir.
Bu gün xalqımızın yaddaşında əbədi olaraq həkk olunacaq.

 

Uzun illərdən sonra nəhayət, işğal olunmuş ərazilərimizin azad olunması üçün tarixi şans yarandı.

 

Azərbaycan komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu düşmənə qarşı başlatdığı əks-hücum əməliyyatı uğurla davam etdi və 44 gün ərzində şərəfli ordumuz zəfərlə irəliləyərək işğal altında olan torpaqlarımızın əksər hissəsini, o cümlədən Qarabağ xanlığının paytaxtı, qədim şəhərimiz, Azərbaycanın siyasi, mədəniyyət, elm mərkəzlərindən biri olan Şuşa şəhərini işğaldan azad edərək parlaq qələbə qazandı.

 

Torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi vətənimizin, xalqımızın tarixində böyük, möhtəşəm hadisədir.

 

Bu böyük qələbəyə Azərbaycan Azadlıq Ordusunun rəşadətli mübarizəsi, xalqımızın ordu və böyük milli ideya ətrafında sıx birləşməsi, şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına nail olduq.

Ərazi bütövlüyüçüz uğrunda gedən döyüşlərdə neçə-neçə əsgər və zabitlərimiz qəhrəmanlıqla şəhid oldu və yaralandılar.

Daim qürürla andığımız şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm.

Bu böyük qələbəyə nail olan Azərbaycan xalqına, rəşadətli ordumuzun əskər və zabitlərinə sevgimiz tükənməz və əbədidir.

Əziz həmvətənlər!

Sizi bir daha Zəfər Günü munasibətiilə təbrik edir, sizə can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.