Yaxın günlərdə videokonfrans rejimində görüşəcəklər
Gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin videokonfrans formatında üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.
Videokonfrans rejimində bu görüşün keçiriləcəyi barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İnterfaks agentliyinə təsdiqləyib.
İnterfaks-ın mənbələri videokonfrans rejimində təşkil edilən tədbirlərin gələn həftənin əvvəlinə planlaşdırıldığını qeyd edib.
İnterfax eləcə də qeyd edib ki, daha əvvəl Rossiya-1 telekanalının bildirdiynə görə, Rusiya, Azərbaycan və Ermənistan arasında ötən il imzalanmış üçtərəfli bəyanatın ildönümünə həsr olunmuş tədbir gələn həftə keçirilə bilər.