Ermənilərin itkiləri: 24 itkin, 13 əsir, 1 ölü 

Dünənki döyüşlər zamanı Ermənistanın itkilərin 13 əsir, bir ölü və 24 nəfər itkindən ibarətdir.  Bu barədə çərşənbə günü Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hərbi qurumda etiraf ediblər ki, ermənilər Laçın və Sünik sərhədində iki hakim mövqe itiriblər. Ermənistan mətbuatının yazdığına görə, həlak olan Ermənistan hərbçiləri Azərbaycanın azad etdiyi ərazidə qaldığı üçün onlar barədə dəqiq məlumat verilməsi hələlik mümkün olmur.

 

Noyabrın 16 – da günün ikinci yarısında erməni deputat Eduard Ağacanyan “Svoboda” radiosuna bildirib ki, ermənilər arasında 15 nəfər həlak olub, lakin sonradan onun sözləri təkzib edilib.

 

Erməni tərəfinin açıqladığı videogörüntülərdən bəlli olur ki, erməni əsgərlər azərbaycanlı əsgərlərin hərəkətlərini təlaşla izləyir və geri çəkilirlər.