Obyekti sökülən şikayətçi: “Hanı ədalət, hanı qanun qarşısında bərabərlik?”

Paytaxt sakini Şövqi Həsənovun mülkəyətində olan Nəsimi rayonu, Mirqasımov küçəsi 10 ünvanında yerləşən obyektin  “Pilot” layihə adı altında “Azadlıq Residence” tərəfindən mülkiyyətçinin razılığı olmadan sökülməsi ilə bağlı məhkəmə çəkişməsi davam edir.

 

Şövqi Həsənovun şikayətinə noyabrın 18-də Ali Məhkəmədə hakim Vüqar Həsənovun sədrliyi ilə baxılacaq.

 

Şövqi Həsənov Bakı Apellyasiya Məhkəməsində 2(103)-4760/2021 saylı iş üzrə keçirilmiş məhkəmə prosesində hakim Xəyal Sarıyevin qəbul etdiyi qətnamənin ləğvini istəyir.

 

Redaksiyamıza müraciət edən Həsənov qəbul edilən  qətnamənin tam qanunsuz olduğunu bildirir: “Məhkəmədə heç bir araşdırma aparılmadı,  heç bir təklifə,  hətta prosesual qaydalara məhəl qoyulmadı”.

 

Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında ölkə başçısı İlham Əliyevin  fərmanını xatırladan şikayətçi, onun işi üzrə Bakı Appelyasiya Məhkəməsində gedən prosesdə ədalət görmədiyini vurğulayıb: “Hanı ədalət, hanı qərəzsizlik, hanı hər kəsin məhkəmə və qanun qarşısında bərabərliyi?”

 

Şövqi Həsənov qeyd edir ki, onun xüsusi mülkiyyətinə “xitam verilməsi” ilə bağlı “Azadlıq Residence” MMC-nin absurd iddiası ləğv edilərək,  Ali Məhkəmənin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli  2(102)6888/2019 saylı qərarı ilə mülkiyyət hüquqlarının toxunulmazlığı təsdiq olunub: “Lakin şirkət yenidən qanunsuz yollarla aşağı məhkəmələr vasitəsilə 2-ci mərtəbədən sahə təklif etməklə, dolayısı ilə məcburetmə qaydasında əvvəlki istəyinə qismən nail olub. Qanunsuzluq çox görmüşük, amma bu qədərini yox. Mənə 2-ci mərtəbədə yox, mülkyyətimdə olmuş sahəyə uyğun bir yer verilməlidir, şirkət tərəfindən pozulan mülkiyyət hüququm bərpa olunmalıdır”.

Prosesi izləyəcəyik.

 

Basta