Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistanla heç-heçə edib
Şahmat üzrə Azərbaycan milli komandası Sloveniyada keçirilən komandalararası Avropa çempionatının altıncı turunda Ermənistanla heç-heçə edib.
Matçın bütün oyunları heç-heçə başa çatıb – Qabriel Sarkisyan Şəhriyar Məmmədyarovla, Hayk Martirosyan – Teymur Rəcəbovla, Robert Hovhannisyan – Rauf Məmmədovla, Samvel Ter-Sahakyan – Nicat Abbasovla xalları bölüşüb.
Altı turdan sonra aktivində 9 xal olan Azərbaycan şahmatçıları Ermənistanla ikinci və ya üçüncü yerləri bölüşürlər. Birinci yeri Rusiya komandası tutur.
Çempionat noyabrın 21-də başa çatacaq.
Basta