Suriya düşərgəsində saxlanılan 12 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

Çərşənbə günü Azərbaycan Suriyada düşərgədə saxlanılan 12 vətəndaşını ölkəyə qaytarıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, ölkəyə gətirilən azərbaycanlılar Suriyada Cerablus şəhərindəki Amerna düşərgəsində olublar.

Nazirlik bildirib ki, hökumətin “mərhələli və əlaqələndirilmiş tədbirlər” nəticəsində azərbaycanlıların qaytarılmasına nail olunub.

Qurumun məlumatına görə, əvvəlcə ölkəyə gətiriləcək şəxslərin yeri, şəxsiyyəti müəyyən edilib.

 

“Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib”, – Azərbaycan XİN bildirib.

Nazirlik elan edib ki, ölkəyə gətirilən vətəndaşların reabilitasiyası və reinteqrasiyası üçün tədbirlər görüləcək.

Ötən ayın sonunda Azərbaycan İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 uşağı ölkəyə qaytarıb.

XİN həmin vaxt elan edib ki, ölkəyə İraqdan 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Bu dəfə gətirilən 12 azərbaycanlının cins və yaş məlumatlarını məlumatda göstərilməyib.

BBC