Polis işçisi ehtiyatsızlıqdan açılan atəş nəticəsində həlak olub

Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidməti silahla ehtiyatsız davranma nəticəsində həlak olub. O, aldığı yaradan hadisə yerində ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

 

Digər detallar açıqlanmır.

 

Turan