Müsavat başqanı beynəlxalq konfransda çıxış edib
Müsavat Partiyasının başqanı Arif Hacılı onlayn rejimdə keçirilən beynəlxalq konfransda iştirak və çıxış edib. Bu haqda o, özünün feysbuk səhifəsində yazıb.
“ALDE-nin Rusiyanın “Yabloko” partiyasının təşəbbüsü ilə “Rusiya və Avropanın inkişaf perspektivləri: Liberal baxış” mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak etdim. Rusiya, Fransa, Almaniya, Böyük Britaniya, Bolqarıstan, Litva və digər ölkələrdən olan siyasi partiya rəhbərləri, Avropa Parlamenti üzvləri, tanınmış siyasət xadimlərinin iştirak etdiyi konfransda postsovet məkanında demokratik inkişafı zəruri edən şərtlər və bu inkişafa mane olan amillər mövzusunda müzakirələr zamanı çıxış edərək məsələlər barədə Müsavat Partiyasının mövqeyini konfrans iştirakçılarının diqqətinə çatdırdım” – deyə, Arif Hacılı bildirib.
Basta