Böyük Britaniya səfirliyi Tofiq Yaqublunun amansızcasına döyülməsini araşdırmağa çağırıb
“Böyük Britaniya Azərbaycan hakimiyyətini dekabrın 1-də Tofiq Yaqubluya və digər etirazçılara qarşı amansız döyülmə və zorakılıqlar barədə məlumatları araşdırmağa çağırır.
Dinc etiraz hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və ona hörmət edilməlidir”, – Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dekabrın 3-də dərc edilmiş şərhində deyilir.