Saleh Rüstəmli quru aclığa keçdi

Fəal Saleh Rüstəmli aclıq aksiyasının 38-ci günündə sudan da imtina edib. Bu barədə bazar ertəsi onun vəkili Bəhruz Bayramov bildirib.

 

Dekabrın 13-də o, Penitensiar Xidmətin müalicə müəssisəsində Rüstəmliyə baş çəkib.

 

Vəkilin sözlərinə görə, Rüstəmliylə ünsiyyət 3-4 dəqiqə davam edib.

 

“Saleh mənə dedi ki, artıq ağrılara dözə bilmir və əziyyətə son qoymaq üçün quru aclığa keçir”, – vəkil deyib.

 

O, Rüstəmlinin həyatına görə narahatlığını bildirib, çünki quru aclıq komaya səbəb olacaq.

 

“Mən təkidlə xahiş etdim ki, sudan imtina etməsin, amma onun qərarı qətidir və quru aclığa başlayıb “, – vəkil deyib.

 

* Siyasi məhbus Saleh Rüstəmli qanunsuz olaraq saxta ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum olunmasına etiraz edərək aclıq edir.

 

Hakimiyyət beynəlxalq və yerli ictimaiyyətin onu azad etmək tələbinə məhəl qoymur.

 

Basta