Un və çörək istehsalçıları qiymət artımı barədə xəbərdarlıq etdi
Ölkənin un və çörək istehsalçıları qiymətlərin artırılması ilə bağlı kollektiv müraciətlə çıxış ediblər.
Müraciətdə qiymət artımı dünya qiymətlərinin artması və böyük miqdarda taxılın idxalı ilə izah olunur.
Bunun nəticəsində 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 36 manata (28 manat olub) qədər artacaq. Nəticədə çörəyin qiyməti 30 qəpikdən 40-45 qəpiyə qədər artacaq, müraciətdə deyilir.
Turan