Qazaxıstandakı hadisələrlə bağlı Dəyirmi Masa keçirildi

Yanvarın 12-də Müsavat Partiyasının təşəbbüsü ilə Qazaxıstan hadisələrinə həsr olunmuş  Dəyirmi Masa keçirilib.

 

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, onlayn formatda keçirilən toplantıda Müsavat başqanı Arif Hacılı, türkiyəli diplomat Turqut Ər, jurnalist Çingiz Sultansoy, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, siyasi ekspertlər Rüfət Qaragözlü və Fəhmin Hacıyev, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli, Müsavat İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvləri Razim Əmiraslanlı, Könül Alı, Səxavət Soltanlı, Hidayət İsmayıl və Məclis üzvü Vətən Hüseynli iştirak ediblər.

 

Çıxışlarda Qazaxıstanda baş verən hadisələrə siyasi qiymət verilib.

 

İnsanların öz hüquqları uğrunda və  avtoritar idarəçiliyə qarşı mübarizəsinin zorakılıqla yatırılması pislənilib.  Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına daxil olan digər ölkələrin hərbi qüvvələrinin beynəlxalq hüquqa zidd olaraq Qazaxıstana girməsini işğal faktı kimi qiymətləndirilib.

 

Rusiyanın bölgədə jandarm mövqeyi pislənilib, Qazaxıstandakı faciəli hadisələrin Azərbaycanda təkrar olunmaması üçün, ölkədə demokratik institutların güclənməsi, azad və ədalətli seçkilərin keçirilməsi zərurəti qeyd edilib.

 

Basta