Zabratın kanalizasiya suları küçəyə axıdılır – VİDEO

 

 

Zabrat qəsəbəsinin sakinləri qəsəbələrində kanalizasiya sisteminin olmamasından şikayətçidirlər.

 

“Məsələ ilə bağlı qəsəbə sovetinə, bələdiyyəyə gedirik baxmırlar”, sakinlər aidiyyatı qurumların məsuliyyəti bir-birinin boynuna atdıqlarını deyirlər.

 

Çarəsiz qalan sakinlər kanalizasiya sularını motor ilə küçələrə axıdırlar.

 

Küçələrə axıdılan kanalizasiya suları bu zaman yolları iflic edir. Bir qismi isə evlərin zirzəmilərinə dolur.

 

Sakinlər uzun illərdir qəsəbədə köklü abadlıq işlərinin aparılmadığını bildirirlər.

 

Zabrat Bələdiyyəsindən Belediyye.netə bildirblər ki, məsələni həll etmək onların səlahiyyətində deyil, onlar sadəcə sözügedən problemi aidiyyatı quruma çatdıra bilərlər.

 

 

Belediyye.net