Lavrov: “Ermənistanın yeni təkliflərini Azərbaycana təqdim edəcəyik”
Moskva demarkasiya komissiyası ilə bağlı İrəvanın təkliflərini Bakıya çatdıracaq və onun yaradılması məsələsində tezliklə qərar veriləcəyinə ümid edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ənənəvi illik mətbuat konfransında bildirib.
“Bu, Qarabağ regionuna və nizamlanma məsələsinə aid deyil. Bu, sırf ikitərəfli məsələdir və biz artıq bir ildir ki, onun üzərində işləməyə başlamağı təklif edirik”, – Rusiya XİN rəhbəri deyib.
O xatırladıb ki, Moskva Rusiya Baş Qərargahında və digər strukturlarda ölkələr arasında sərhədləri və onların dəyişikliklərini göstərən xəritələrin olduğunu nəzərə alaraq, xüsusi komissiya yaratmağı təklif edib.
Bu komissiyanın yaradılması üçün onun sözlərinə görə, ilk növbədə şərtləri razılaşdırmaq lazımdır.
“Hazırda bu şərtlər müzakirə olunur. Orada uyğunsuzluqlar var”, – Rusiya XİN rəhbəri vurğulayıb.
Lavrov qeyd edib ki, o, bu məsələni bir gün əvvəl erməni nazirlə müzakirə edib.
“Dünən mən erməni həmkarımla danışdım, biz onun yeni təkliflərini Bakıya çatdıracağıq.
O xatırladıb ki, üç ölkə lideri Soçidə prinsipial razılıq əldə ediblər. Hətta bu komissiyanın 2021-ci ilin sonuna qədər işə başlayacağına ümid ifadə olunub: “Amma həyat daha mürəkkəbdir. Hələ ki, kifayət qədər irəliləyiş yoxdur”.
Basta