18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı Dəyirmi Masa keçirildi

Oktyabrın 17-də, bazar günü Müsavat Partiyasının təşəbbüsü ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı Dəyirmi Masa keçirilib.

 

Müzakirələrdə Müsavat Partiyasının başqanı, istiqlalçı millət vəkili Arif Hacılı, MSDM-in sədri, istiqlalçı millət vəkili İsa Qəmbər, türkiyəli diplomat Turqut Ər, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu, Azərbaycan milli-azadlıq hərəkatının tanınmış nümayəndələri Arif Rəhimoğlu, Fəhmin Hacıyev,  İlham Həsən, Əjdər Tağızadə, Zəlimxan Məmmədli,  jurnalist Çingiz Sultansoy, siyasi ekspert Rüfət Qaragözlü, Müsavat funksioneri Azər Əsgər və digərləri iştirak edib.

 

Tədbir sosial şəbəkələr vasitəsilə canlı olaraq yayımlanıb.

 

Müzakirələrin videosunu təqdim edirik:

 

 

 

 

Bizim Xalq Cümhuriyyətindən əvvəl də müstəqil dövlətlərimiz olub. Ona görə 28 May tarixinin məhz Respublika Günü kimi qeyd edilməsi dövlətimizin və millətimizin maraqlarına daha uyğun idi. Onsuz da ermənilər iddia edir ki, guya bizim dövlətçilik tariximiz 1918 -ci ildən başlayıb. Bu baxımdan Müstəqilliyik Günü ilə bağlı son qanun olduqca zərərlidir.