Müsavat Divanının gündəliyi
Yanvarın 17-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Xocavənddə şəhid olmuş Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun xatirəsi sayğı duruşu ilə yad edilib.
Görülən işlər və qərarların icrası ilə bağlı məlumat dinlənilib.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsi qanunsuz və sifarişli qərar kimi qiymətləndirilib, onun və bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilib.
İclasda İlham Əliyevin Ukraynaya səfəri ilə bağlı fikir mübadiləsi aparılıb. Müsavat Partiyası Azərbaycanla Ukrayna arasında əməkdaşlığın inkişafını, GUAM birliyi çərçivəsində əlaqələrin genişlənməsini zəruri sayır.
NATO ilə Rusiya arasında gərginliyin artması ilə bağlı fikir mübadiləsi aparılıb.
Yanvarın 20-də saat 15:00-da Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb.
Sonda cari məsələlər müzakirə edilib.
Basta