Azərbaycan 20 Yanvar faciəsini yad edir

Bakıda 1990-cı ilin 20 yanvar hadisələrinin 32 illiyi qeyd olunur.

.

Bu gün saat 12-də 20 yanvar hadisələrində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

.

Havanın soyuq və küləkli olmasına baxmayaraq minlərlə insan Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarətçilər arasında Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı da olub.

.

.

Sakinlərin Şəhidlər Xiyabanına getməsi üçün bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

.

1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə on minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya hücum edib və mülki əhaliyə atəş açıb.

.

Rəsmi mənbələrə əsasən, faciə zamanı 137 insan həlak olub, yüzlərlə adam yaralanıb.

.

Həmçinin bax:

20 yanvar – tarixdən görüntülər