ABŞ və NATO Rusiyanın əsas narahatlıqlarını nəzərə almayıb

 

 

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefon danışığında ABŞ və NATO-nun Rusiyaya cavablarının onu qane etmədiyini bildirib.

 

 

RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin sənəddə Rusiyanın qaldırdığı əsas məqamlara məhəl qoyulmadığını qeyd edib.

 

“ABŞ və NATO-nun cavabında NATO-nun genişlənməsinin qarşısının alınması, Rusiya sərhədləri yaxınlığında zərbə sistemlərinin yerləşdirilməsindən imtina, habelə NATO qoşunlarının geri qaytarılması kimi Rusiyanın fundamental narahatlıqlarının nəzərə alınmadığına diqqət çəkilib” – deyə, məlumatda vurğulanır.

 

Basta