Türkiyə ilə Ukrayna arasında mühüm saziş imzalanıb
Fevralın 3-də Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişi imzalanıb.
“RBC-Ukraine” saytının verdiyi məlumata görə, sənəd Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünün yekunu olaraq imzalanıb.
İlkin proqnozlara görə, razılaşma nəticəsində Ukraynanın ÜDM-i hər il 2,2%, ticarət dövriyyəsi isə 38% artacaq.
Sənəd 10 337 adda Ukrayna malının Türkiyədə gömrük rüsumundan azad olunmasını nəzərdə tutur. Bu, Ukraynadan Türkiyəyə ümumi ixracın 95%-ni təşkil edir.
Türkiyə və Ukrayna prezidentlərinin ikitərəfli görüşü 3 saat 10 dəqiqə davam edib.
Basta