Arif Hacılı: “İlham Əliyev Elçibəy hökümətinin Gəncəni bombalaması barədə yalanı bir daha təkrar edib”

 

Bu yalan yalnız siyasi diskussiyalar, H.Əliyevin Milli Məclisdə qurduğu “istintaq”zamanı canlı yayımda gedən müzakirələrdə yox, həm də məhkəmə istintaqında təkzib edilib.

 

Gəncə nəinki bombalanmayıb, hətta bu şəhərdə hökümət qüvvələri tərəfindən bir güllə də atılmayıb.

 

Ölkənin Baş Prokurorunun, Milli Təhlükəsizlik və Daxili İşlər Naziri müavinlərinin, Kənd Təsərrüfatı Nazirinin, çoxsaylı hərbi qulluqçu və dövlət məmurunun girov götürülməsinə, hərbi qulluqçuların qətlə yetirilməsinə silahlı müqavimət göstərilməyib.

 

Hökumət qüvvələrinə nəinki bomba, hətta güllə atmamaq əmri verildiyini bildikdən sonra qiyamçı qüvvələr Gəncədən çıxıb Azərbaycanın regionlarına və Bakıya doğru hərəkət etdilər.
O dövrün siyasi müxalifəti olan AMİP-YAP cütlüyünün açıq dəstəyi, Elçibəy höküməti güc nazirlikləri rəhbərlərinin, ayrı-ayrı yüksək vəzifəli dövlət məmurlarının bəzi hallarda xəyanəti, bəzi hallarda maymaqlığı nəticəsində qanuni hakimiyyəti devirib H.Əliyevi hakimiyyətə gətirməyə nail oldular.

 

Bu həqiqətləri Gəncə və ətraf rayonların sakinləri də, bütün Azərbaycan xalqı da çox yaxşı bilir.”

 

Yazı Müsabat Partiyasının feysbuk səhifəsindən götürülüb.

 

Basta