Urmu zindanında saxlanılan güneyli siyasi məhbusa basqılar artıb

Güney Azərbaycanın Urmu şəhərinin həbsxanasında saxlanılan siyasi məhbus Hamid Qaraoğlani zindanın “hərbi” bölməsinin təkadamlıq kamerasına salınıb.

 

Onun bu kameraya salınmasının səbəb məlum deyil.

 

İnsan haqları təşkilatlarına bağlı qaynaqların verdiyi məlumata görə, son günlər Hamid Qaraoğlani və başqa azərbaycanlı məhkum Fərzad Samani zindan məsullarının basqıları ilə qarşılaşb, barələrində daha sərt cəza tədbirləri tətbiq edilib.

 

Adı çəkilən iki azərbaycanlı məhbus bundan öncə yanvarın 10-da Urmu zindanın siyasi dustaqlar saxlanılan bölməsində bir neçə başqa məhkumla birgə məmurlar tərəfindən döyüldükdən sonra başqa bölməyə köçürülmüşdülər.

 

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı il tarixində İran Kəşfiyyat Xidməti tərəfindən saxlanılıb və 28 sentyabr 2020-cı ildə Urmu İnqilab Məhkəməsinin 2 saylı bölməsi tərəfindən mühakimə olunub.

 

“”ABŞ-İsrail” düşmən ölkələrinə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbərliyi təhqir etmək”də, Qasım Süleimaninin şəklini cırılmaq”da günahlandırılan Qarapğlani ilk mərhələdə edam cəzasına məhkum olunsa da, sonradan onun cəzası 14 il 1 ay həbs cəzası ilə dəyişdirilib.

 

Gunaz TV