Fevralın 5-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər barədə məlumat dinlənilib.
Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü ilə bağlı Müsavat Partiyasının qərargahında keçirilən Dəyirmi Masa və yanvarın 31-də Novxanıda keçirilən yürüş-mitinq yüksək qiymətlndirilib. Rəsulzadənin 140 illiyinə həsr olunan tədbirlərin davam etdirilməsi qərara alınıb.
İclasda Müsavat Partiyası Cəbrayıl rayon təşkilatında ümumi yığıncağın keçirilirməsi və qurultaya nümayəndələrin seçilməsi haqda məlumat verilib. Digər təşkilatlarda planlaşdırılan iclasların təqvimi elan olunub.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının nümayəndələrinin Bakıda və regionlarda Müsavat funksionerləri ilə görüşləri barədə məlumat verilib.
Ölkədə və regionda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta