Avropada müharibə ehtimalı çox yüksəkdir – ATƏT

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Avropada genişmiqyaslı müharibə ehtimalı son otuz ildə ən yüksək səviyyədədir.

 

“Avropa təhlükəsizliyinə və qlobal təhlükəsizliyə gəldikdə, biz kritik nöqtədəyik. “Avropada ciddi müharibə ehtimalı son 30 ilin ən yüksək həddə çatıb”.

 

O əlavə edib ki, Ukrayna ətrafında münaqişənin genişlənməsi təkcə insan faciələri və iztirablarına deyil, həm də böyük siyasi, iqtisadi və hərbi nəticələrə  gətirib çıxaracaq.

 

Basta