USQ Rusiyanın daha bir desant gəmisini vurduğunu açıqladı

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus böyük “Sezar Kunikov” desant gəmisini batırdıqlarını bildirib. Baş Qərargahın məlumatına görə, o, hücum zamanı Ukraynanın Alupka yaxınlığındakı ərazi sularında olub.

“Ukrayinska Pravda” USQ rəhbərliyinə istinadən bildirir ki, gəmini batırmaq üçün “Magura V5” dəniz dronlarından istifadə edilib.

Bu xəbər dərc edildiyi ana qədər Rusiya Müdafiə Nazirliyi desant gəmisinin məhv edilməsi ilə bağlı xəbərləri şərh etməyib. Lakin bundan əvvəl MN Qara dəniz üzərində altı ədəd pilotsuz aparatın ələ keçirildiyi bildirmişdi.

Baş Kəşfiyyat İdarəsi qeyd edir ki, “Sezar Kunikov” ən yeni Rusiya gəmilərindən biridir. Bu gəminin göyərtəsində 87 ekipaj üzvü yerləşə bilərdi.

Basta