Müsavat dərmanların ucuzlaşdırılmasını və pandemiya ilə bağlı məhdudiyyətlərin ləğvini tələb edir

Müsavat Partiyası Məclisinin fevralın 27-nə təyin olunmuş sessiyasının gündəliyi ilə bağlı təkliflər irəli sürülüb, aprel və mart ayında rayon təşkilatlarının hesabat seçki yığıncaqlarının keçirilməsinə dair tapşırıqlar verilib.

 

Ölkədə ve regionda gedən proseslər barədə fikir mübadiləsi aparılıb.

 

Maaş və pensiya artırımlarının ölkədəki real inflyasiyaya uyğun olmadığı bildirilib.  Əhalinin aztəminatlı təbəqələrinin xüsusən dərmanların baha olmasından əziyyət çəkdiyi vurğulanıb. Azərbaycanda dərmanların qiyməti qonşu dövlətlərdən xeyli baha olduğu halda, keyyfiyyəti aşağıdır. Müsavat Partiyası Azərbaycanda dərmanların qiymətinin aşağı salınmasını, onların keyfiyyətinə nəzarətin gücləndirilməsini tələb edir.

 

Qeyd edilib ki, bütün dünyada müşahidə olunan tendensiya nəzərə alınaraq,  koronavirus pandemiyası ilə bağlı hökumətin tətbiq etdiyi məhdudiyyətlər mart ayında əsasən aradan qaldırılmalıdır.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta