“Yaşıma görə istefa verirəm” – Ramiz Mehdiyev /YENİLƏNİB/
Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev son vaxtlar onun ünvanına səslənən tənqidi yazılara və açıqlamalara görə deyil, yaşının çox olması ilə əlaqədar istefa verir. Fevralın 14-də axşam saatlarında AMEA-nın saytına dərc olan məlumatda bildirilir ki, bunu akademiyanın Rəyasət Heyətinin bazar ertəsi keçirilən iclasında Mehdiyev özü deyib.
Mehdiyev qeyd edib ki, o, hər zaman dövlətə və Heydər Əliyev kursuna sadiq olub və əlavə edib ki, dövlət başçısı İlham Əliyev ona “isti münasibət” bəsləyir və onun fəaliyyətini yüksək qiymətləndirir.
Sonda Mehdiyev istefa ərizəsini dövlət başçısına təqdim edəcəyini bildirib.
Qeyd edək ki, Milli Elmlər Akademiyasının prezidenti seçkili vəzifədir. Akademiyanın rəhbərini alimlər seçir və istefa ərizəsi Rəyasət Heyətinə təqdim edilməlidir, bu məsələyə. qanunla heç bir şəkildə təsir göstərə bilməyən dövlət başçısına deyil.
* * *
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verir.
Bu barədə APA-ya açıqlamasında keçmiş nazir Misir Mərdanov bildirib.
M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.
Qeyd edək ki, əvvəl “avtobus müxalifəti” kimi tanınan partiya sədrləri, sonra deputatlar, sonra isə MM-in sədr müavinləri onun istefasını tələb edib.
Basta