NİDA fəalı saxlanılıb
Avqustun 4-də axşam saat 9-da Lənkəran şəhərində NİDA hərəkatının fəalı Fərrux Məmmədzadə saxlanılıb. Polis gənci evindən polis idarəsinə aparıb. Səhərə qədər onun valideynlərinə heç bir məlumat verilməyib. Avqustun 5-də günortaya yaxın onlara bildiriblər ki, Məmmədzadə Bakıya, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Bu barədə Turan-a NİDA hərəkatının idarə heyətinin üzvü Ülvi Həsənli bildirib.
Məmmədzadə ictimai fəaldır, o, bu yaxınlarda bələdiyyə və parlament seçkilərində namizəd olub.
O, həmçinin iyulun 14-15-də Bakıda orduya dəstək mitinqində iştirak edib. Amma o, qanunsuz əməllərdə iştirak etməyib və həmişə təxribatlara qarşı olub, deyə Həsənli bildirib.