Fatimə Mövlamlı polisdə döyüldüyünü bildirib
Reportyor Fatimə Mövlamlı bu gün Bakının Səbayel rayon 9-cu polis bölməsində döyüldüyünü bildirir. O və Sevinc Sadıqova Prezident Administrasiyası qarşısında etiraz aksiyasının işıqlandırılması zamanı saxlanılıb və polisə aparılıb.
“Bizi Prezident Administrasiyasının qarşısında saxladılar. Mobil telefonları almaq istədilər və çəkilişi silməyi tələb etdilər. 9-cu bölmədə çavuşlar rəhbərliyin gözləri qarşısında məni iki dəfə döşəməyə yıxaraq vurmağa başladılar. Ayağımda ayaqqabının izləri qaldı. Onlar mənim gödəkcəmi cırdılar”, – o deyib.
Daxili İşlər Nazirliyində Mövlamlının bəyanatını “əsassız” adlandırıblar.
Xatırladaq ki, Fatimə Mövlanlı frilanserdir, müxtəlif sayt və KİV ilə əməkdaşlıq edir.
Turan