Stoltenberqlə Əliyev Ukraynanı və Avropaya qaz tədarükünü müzakirə ediblər
Fevralın 15-də günorta NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycan dövlət başçısı ilə telefon danışığı olub. Bu barədə Stoltenberg Tvitterdə hesabında yazıb.
“Prezident Əliyevlə yaxşı söhbətimiz oldu. Biz regional təhlükəsizliyi, Rusiyanın Ukraynada və onun ətrafında hərbi gücünü artırmasını, cümlədən bunun enerji bazarları üçün nəticələrini müzakirə etdik.
Mən qaz təchizatının artırılmasına və Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı olmasına görə Azərbaycan prezidentinə təşəkkürümü bildirdim “, – Stoltenberq qeyd edib.
Turan