Rusiya xəritəni bir daha yenilədi – bu dəfə Zarıslı və Şuşikəndi “ələ keçirdi”

Dekabrın 17-də Rusiya Müdafiə Nazirliyi Yuxarı Qarabağın xəritəsini növbəti dəfə yeniləyib. Nazirliyin saytında peyda olan son xəritədə artıq Şuşakənd və Zarıslı rusların nəzarət zonasına daxil edilib.

 

Bu haqda Azərbaycan Elmlər Akademiyasının baş elmi işçisi Aydın Balayev məlumat yayıb.

 

Təsdiqlənməmiş məlumata görə, sülhməramlılar Şuşikənd, Qırmızı bazar və Xocavəndin bir sıra yüksəklikləri ələ keçirib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Hadrutun Köhnətağlar və Çaylaqqala  kəndlərini sülhməramlıların təsir dairəsinə aid edildiyi xəritə paylaşmışdı, lakin Azərbaycandakı etirazlardan və milli ordumuz həmin ərazini hərbi yolla erməni yaraqlılarından təmizlədikdən sonra “səhvini düzəltmişdi”.

 

Yenilənmiş xəritədə şimal-şərq və cənub-şərq istiqamətində də dəyişiklik edilib.

 

Rəsmi Bakı Rusiya MN-nin saytında yayılan bu xəritəyə hələlik münasibət bildirməyib

 

Basta