Müsavat rəhbərliyi Xocalı şəhidlərini yad edib

Bu gün Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Xocalı soyqırımının 30 illiyi ilə bağlı  “Ana harayı” abidəsini ziyarət edib.

“Polisin yersiz müdaxilələrinə rəğmən abidə önünə gül dəstələri qoyduq. Ürək sözlərimizi dedik. Xocalı soyqırımında və ərazi bütövlüyümüz uğrunda döyüşlərdə həyatlarını itirmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin” – deyə, Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb.

 

Bakı