Ukraynada çeçenlərin xüsusi təyinatlıları məğlub edilib
Şənbə günü Ukraynanın Qostomel bölgəsində Ukrayna hərbçiləri Rusiyanın Çeçenistan Qvardiyasının xüsusi təyinatlı dəstəsini darmadağın edib.
Bu haqda “İnterfaks-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayevin məhv edildiyi bildirilir. Bunu bu bölmədən əsir düşən döyüşçü də təsdiqləyib.
Xəbər agentliyinin Müdafiə Nazirliyindəki mənbəsinin sözlərinə görə, “Ukrayna Milli Qvardiyası və “Alfa” xüsusi təyinatlı dəstəsi hazırda bölmənin qalıqlarını zərərsizləşdirir”.