Bakıda Ukraynaya dəstək aksiyası keçirildi
Fevralın 27-də Bakıda Ukraynaya dəstək aksiyası keçirilib. Aksiyada müxtəlif siyasi partiyaların və ictimai təşkilatların nümayəndələri və fəallar iştirak edib.
Yüzlərlə insanın qatıldığı aksiyada “Yaşa Ukrayna”, “Müharibəyə yox”, “Zelenski”, “Putin vor” (Putin oğrudur) və digər şüarlar səsləndirilib.
Müsavat Məclisinin üzvü Ayxan Hacıbəylinin Ukrayna dililində çıxış edib. Tədbirdə həmçinin Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublu çıxış edib.
Ukrayna səfirliyinin nümayəndəsi aksiya iştirakçılarının qarşısına çıxaraq dəstəyə görə təşəkkürünü bildirib.
Polis aksiyaya müdaxilə etməyib.
.
Basta