“Zabitlər öz yaralı əsgərlərini öldürürlər” – əsir düşən işğalçı ordusundakı vəhşiliklərdən danışdı (video)

Əsir düşən rus işğalçısı ordusundakı vəhşiliklərdən danışdı – zabitlər yaralı əsgərlərini öldürür, ölüləri döyüş meydanında qoyur, yaxınlarına xəbər vermir.

 

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

 

“Bizi ölümə göndərdilər. Ölüləri belə götürmürlər! Yaralıları özləri öldürürlər! Bir həftə keçdi, heç kimin dəfn mərasimi belə olmadı”, – hərbi əsir deyib.

 

 

Məlumatda deyilir ki, bu “döyüşçü” digərlərindən daha şanslı olub – o, Ukraynada əsir düşüb.

 

“İşğalçı ağlayır və anasından Rusiya Anaları İttifaqı ilə əlaqə saxlamağı xahiş edir, mübadilə üçün ümid edir. Əsgər həm də qohumlarının taleyindən qorxur, ona görə də Rusiya xüsusi xidmət orqanlarının repressiyalarına məruz qalmamaq üçün Ukraynadakı müharibə ilə bağlı bütün həqiqəti danışmamağı xahiş edir ”, – Xidmət əlavə edib.

 

UNİAN xəbər verir ki, əsir götürülən rus zabiti artıq əsir götürülən Ukrayna könüllüsü ilə dəyişdirilib.

 

Basta