Melitopolda Rusiyanın 200-ə yaxın texnikası məhv edildi – A.Geraşenko

 

Melitopol yaxınlığında Ukrayna artilleriyası işğalçıların 200-ə yaxın texnikasını məhv edib.

 

Bu barədə Ukrayna  daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

 

“2,5 saat əvvəl  rusların Melitopol yaxınlığında topladıqları bütün texnikası (təxminən 200 maşın) artilleriyamız tərəfindən tamamilə məhv edilib”, o, Telegram-da yazıb.

 

Geraşenkonun sözlərinə görə, işğalçıların bir komanda idarəetmə məntəqəsi – qərargahı da dağıdılıb.

 

 

Basta