Rusiyada müharibə əleyhinə keçirilən aksiyalarda 600-dən çox adam saxlanılıb

Martın 13-də Rusiyanın bütün ərazisində Ukrayna ilə müharibəyə qarşı keçirilən etiraz aksiyalarında 35 şəhərdə 628 nəfər saxlanılıb.

 

“Meduza”nın rəsmi mənbələrə istinadən məlumatına görə, Moskvada azı 281, Sankt-Peterburqda isə 136 nəfər saxlanılıb.

 

Rusiya DİN-in məlumatına görə, ümumilikdə, Ukrayna ilə müharibənin başladığı 24 fevraldan bəri Rusiyada müharibə əleyhinə aksiyalarda 14 611 nəfər saxlanılıb.

 

Basta