Putin küncə sıxılıb
Dadaş Əhmədli
Ötən gecə Rusiya prezidenti Vladimir Putin Xarici Kəşfiyyat Xidmətindən hesabat alıb və onun məzmunu prezidenti çox narahat edib. Verilən məlumata görə, Çin və ABŞ iqtisadiyyat və maliyyə sahəsində mübahisəli məsələlərin həlli üçün fəal danışıqlar aparır və bu problemlərin nəzərdən keçirilməsi fonunda hərbi-siyasi aspekti də müzakirə edirlər. Demək olar ki, bütün fundamental məsələlərdə kompromis tapılıb.
Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Çin iqtisadi imtiyazlara cavab olaraq ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qismən rəsmi, qismən də üstüörtülü dəstək verməyə hazırdır. Həmçinin, Pekinin Tayvan ətrafında gərginliyin səviyyəsini azaltmağa hazır olduğu iddia edilir. Əgər bu razılaşmalar əldə olunarsa, bu, yaxın gələcəkdə Rusiya iqtisadiyyatına ölümcül təsir göstərə bilər.
Putin bu hesabatı müzakirə etmək və gələcək fəaliyyət perspektivlərini hazırlamaq üçün bu gün artıq müxtəlif formatlarda bir neçə görüş keçirəcək. Əgər verilən məlumat öz təsdiqini taparsa, bu, əslində Rusiyanın iqtisadi böhrandan çıxması ilə bağlı hipotetik perspektivlərə də son qoyur. Və bu şərtlər altında hakimiyyətdə olan Putin hər gün ölkənin dağılmasını və bütün Rusiya xalqı üçün fəlakəti yaxınlaşdıracaq.
Bununla belə, küncə sıxılmış Putin nüvə müharibəsinə başlayarsa, bu, daha acınacaqlı ola bilər. İndi Rusiyanın düşünən başları hesab edirlər ki, fəlakətdən qaçmaq üçün Putin istənilən qərar qəbulundan uzaqlaşdırılmalı və ya məhv edilməlidir. Artıq başqa variantlar yoxdur.