Laçın dəhlizindən Ukraynaya qədər – Müsavat Divanının gündəliyi
Martın 14-də Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda partiyanın şəhər və rayon təşkilatlarında keçirilən toplantılar və zona müşavirələri barədə məlumat dinlənilib. Martın sonuna qədər bütün təşkilatlatlarda onlayn müşavirələrin keçirilməsi barədə kuratorlara tapşırıq verilib.
Yuxarı Qarabağda və Ermənistanla sərhəddə son durum müzakirə edilib. Laçın dəhlizindən təyinatına uyğun istifadə edilməməsi barədə məlumatlardan narahatlıq ifadə edilib. Laçın dəhlizi üzərində Azərbaycanın nəzarətinin təmin edilməsi və Qarabağdakı Rusiya hərbi kontingentinin öz mandatına uyğun olmayan fəaliyyətinin qarşısını almaq üçün hakimiyyətdən təsirli tədbirlər tələb edilib.
Rusiyanın Ukraynaya hücumu və bu müharibənin mümkün nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiya Silahlı Qüvvələrinin dinc şəhərləri bombardman etməsi və mülki şəxsləri atəşə tutması nəticəsində Ukraynada böyük bir humanitar fəlakət yaşandığı, minlərlə insanın, o cümlədən 20-yə yaxın Azərbaycan vətəndaşının qətlə yetirilməsi hərbi cinayət kimi qiymətləndirilib. Azərbaycan hakimiyyətindən Ukraynada yaşayan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması ilə bağlı təsirli tədbirlər görməsi tələb olunub.
Sonda cari məsələlər müzakirə olunub.
Basta